Türkiyənin ən peşəkar onlayn psixoloq şəbəkəsinə qoşulun!

Xüsusi müsahibələrimizdən keçmiş, magistr dərəcəsinə malik olan 1400-dən çox peşəkar psixoloqumuz hər gün minlərlə pasiyentimizə psixoterapiya və psixoloji dəstək xidməti göstərir. Siz də bu bənzərsiz icmanın bir hissəsi olun!

Müraciət Edin Müraciət Proseduru

Niyə Hiwell'de psixoloq olmalıyam?

Klinik psixoloq heyətimizə qoşulduqda, ixtisas sahələrinizə və təhsilinizə ən uyğun pasiyentlərlə çalışmaqla yanaşı, təqvim, faktura və mesajlaşma kimi bütün əməliyyat proseslərinizi bir platformadan asanlıqla aparmaq imkanı əldə edin.

  • Aşağı faizli komissiyalar
  • İxtisas sahələrinizə uyğun pasiyentlər
  • Çevik iş saatları
  • Müasir texnologiya ilə kəsintisiz seanslar
  • Etik prinsiplərə sadiqlik
  • Peşəkar inkişaf imkanları
  • Professional şəbəkənin bir hisəsi olmaq imkanı
  • İnkişafa yönəlik əks-əlaqə
Müraciət forması

"Hiwell"də necə terapevt ola bilərəm?

Saysız insanın həyatında toxunaraq müsbət təsir yaratmaq üçün "Hiwell" onlayn terapiya platformasına müraciət edin.

Psixoloq müraciət forması

Müraciət formasını doldurun, komandamız sizinlə əlaqə saxlayaraq qrafikinizə uyğun bir gündə müsahibə planlayacaq.

Onlayn müsahibələr

Pasiyentlərlə işə başlamazdan öncə müraciətinizi qiymətləndirək və onlayn görüşdə sizi tanıyaq.

Terapiya keçirtməyə başlayın

Hiwell uyğunlaşdırma alqoritmi vasitəsilə ixtisasınıza ən çox uyğun olan pasiyentlərlə çalışın.

Tez-tez verilən suallar

"Hiwell" terapevti olmaqla bağlı soruşulanlar

Peşəkar klinik psixoloq heyətimizə qoşulmaq və heyətimizin bir hissəsi olmaq üçün psixoloq müraciət formasını doldurmağınız kifayətdir. Komandamız müraciətinizi araşdıracaq və növbəti addımlarla bağlı sizinlə əlaqə saxlayacaq.

Platformamıza terapevt kimi qoşulmaq üçün klinik psixologiya üzrə magistr dərəcənizi və superviziya prosesini tamamlamış olmağınız tələb olunur.

Psixoloq müraciət formasını doldurduqdan sonra komandamız müraciətinizi qiymətləndirir və müraciətiniz uyğun gəldikdə onlayn görüş planlamaq üçün sizinlə əlaqə saxlayır. Bu görüşdə sizi və iş prinsiplərinizi daha yaxından tanıyırıq. Qarşılıqlı olaraq gözləntilərimiz uyğun gələrsə, tezliklə heyətimizə qoşulmağınız üçün lazımi addımlar atılır.

Müraciətiniz qəbul edildikdən sonra psixoloq profilinizin yaradılması, ixtisas sahələrinizin əlavə edilməsi və seanslarınızın planlaşdırılması üçün komandamızla birgə çalışmağa başlayırsınız. Dəstək komandamız prosesin bütün mərhələlərində sizinlə əlaqədə olur.

Seansları öz qrafikinizə uyğun olaraq təyin etmək imkanına sahibsiniz. Minimum saat tələbinin təyin olunmamasına baxmayaraq, müxtəlif gözləntilər və ehtiyaclarla müraciət edən bütün pasiyentlərimizə etibarlı və davamlı psixoloji dəstək təmin etmək üçün terapevtlərimizin platformamızda müntəzəm iştirak etməsini vacib sayırıq.

Müxtəlif ixtisas sahələri üzrə fəaliyyət göstərən 1400-dən çox peşəkar psixoloqumuz sayəsində pasiyentlərimizin ehtiyaclarına və gözləntilərinə uyğun dəstək təmin edə bilirik. Siz də ixtisas sahələrinizə və pasiyentlərinizin ehtiyaclarına uyğun olan yanaşmaları seanslarınızda istifadə edə bilərsiniz.

"Hiwell"də yalnız güvənilir video görüşlər vasitəsilə onlayn terapiya seansları təşkil edilir. Bu, məkan və şərait nə olursa-olsun, psixoloji dəstəyin hər kəs üçün əlçatan olmasını təmin edir.

Psixoloq Müraciət Formu

Müraciət formunu doldurun, komandamız sizinlə əlaqə saxlayaraq sizə uyğun bir vaxtda müsahibə təyin etsin.

Əlaqə Məlumatlarınız

Təhsil Məlumatlarınız

Müraciət Məlumatlarınız
ss