Borderline (Sərhədi Tip) Şəxsiyyət Pozuntusu Testi
Sərhədi Tip (Borderline) Şəxsiyyət Pozuntusu Testi sərhədi tip şəxsiyyət əlamətlərini ölçən 51 maddədən ibarət şkaladır. Şkaladakı maddələrə doğru-yanlış variantları ilə cavab verilir. Şkalanın son iki maddəsi birbaşa klinik nümunə götürmə ilə əlaqəli olduğundan, ümumi xal 51 maddə üzərində hesablanır. Şkaladan əldə edilən balın artması sərhədi tip şəxsiyyət xüsusiyyətlərinin artmasını göstərir. Borderline Şəxsiyyət Pozuntusu Testi 1999-cu ildə Leichsenring tərəfindən hazırlanmışdır.
Aşağıdakı cümlələrin hər birini diqqətlə oxuyun. Suallara "Doğru" və ya "Yalnış" cavabını verin.
1 - Mən tez-tez panik atak keçirirəm.
2 - Son vaxtlar heç nə mənə emosional təsir göstərmir.
3 - Mən tez-tez həqiqətən kim olduğumu düşünürəm.
4 - Mən tez-tez başıma iş açacaq risklərə gedirəm.
5 - Başqaları mənə çox diqqət yetirəndə özümü boğulmuş hiss edirəm.
6 - Bəzən içimdə mənə aid olmayan başqa bir insan yaranır.
7 - Mən əslində olmayan qəribə formalar və ya şəkillər görürəm.
8 - Bəzən ətrafımdakı insanların və əşyaların real olmadığını hiss edirəm.
9 - Başqalarına qarşı hisslərim birdən-birə çox tez dəyişir (məsələn, sevgi və heyranlıqdan nifrət və məyusluğa).
10 - Mən tez-tez dəyərsizlik və ya ümidsizlik hissi keçirirəm.
11 - Çox vaxt pulumu israf edirəm və ya qumarda itirirəm.
12 - Reallıqda heç kim olmayanda mənim haqqımda danışan səsləri eşitdim.
13 - Mən həmişə yaxın münasibətlərdə əziyyət çəkirəm.
14 - Mənə yaraşmayan hərəkətləri hiss etmişəm və ya davranmışam.
15 - Məni kukla kimi kənardan manipulyasiya etdiklərini hiss edirəm.
16 - Fikirlərimin başqaları tərəfindən oxunduğunu hiss edirəm.
17 - Bəzən əslində cinayət törətməsəm də, özümü günahkar kimi hiss edirəm.
18 - Mən qəsdən özümə bədən xəsarəti yetirmişəm.
19 - Bəzən mənə elə gəlir ki, insanların və əşyaların görünüşü dəyişib.
20 - Kiməsə fiziki hücum etmişəm.
21 - Mənim güclü dini axtarışlarım olub.
22 - Emosional münasibətlərimdə mən çox vaxt hansı münasibət istədiyimə əmin deyiləm.
23 - Bəzən bir peyğəmbər kimi gələcəyə dair xüsusi hisslər keçirirəm.
24 - Münasibət irəlilədikcə özümü tələyə düşmüş hiss edirəm.
25 - Reallıqda heç kimin olmadığı vaxtlarda başqa bir insanın varlığını hiss etdiyim olub.
26 - Bəzən bədənim və ya onun bir hissəsi mənə qəribə görünür və ya dəyişir.
27 - Əgər münasibətlərim çox tez irelileyirse, mən ayrılma ehtiyacı hiss edirəm.
28 - Bəzən mənə elə gəlir ki, kimsə arxamca gəlir.
29 - Mən tez-tez narkotik istifadə edirəm.
30 - Başqalarını nəzarətdə saxlamağı xoşlayıram.
31 - Bəzən özümü xüsusi biri kimi hiss edirəm.
32 - Hərdən özümü parçalanmış kimi hiss edirəm.
33 - Bəzən bir şeyin real və ya sadəcə xəyal olduğunu ayırd etmək mənim üçün çətin olur.
34 - Bəzən real olmadığımı hiss edirəm.
35 - Bəzən bədənimin yox olduğunu və ya bir hissəsinin əskik olduğunu hiss edirəm.
36 - Mən tez-tez qorxulu yuxular görürəm.
37 - Mən tez-tez hiss edirəm ki, başqaları mənə gülür və ya mənim haqqımda danışır.
38 - Çox vaxt insanlar mənə düşmən kimi görünürlər.
39 - İnsanların öz fikirlərini beynimdə yerləşdirdiklərini hiss edirəm.
40 - Çox vaxt həqiqətən nə istədiyimi bilmirəm.
41 - Mən keçmişdə intihara cəhd etmişəm.
42 - Bəzən düşünürəm ki, ciddi bir xəstəliyim var.
43 - Alkoqol, narkotik və ya həb qəbul etmək vərdişim var”. (Onlardan hər hansı birini istifadə edirsinizsə, “Doğru” cavabını verin)
44 - Bəzən elə hiss edirəm ki, yuxuda yaşayıram və ya həyatım kino lenti kimi gözümün önündən keçir.
45 - Mən tez-tez nəsə oğurlayıram.
46 - Bəzən elə aclıq hissi keçirirəm ki, qarşıma çıxan hər şeyi yeyirəm.
47 - Siyasət, din, əxlaq (yaxşı və ya pis) haqqında suallar verəndə tez-tez özümü narahat hiss edirəm.
48 - Bəzən ağlımdan kimisə öldürmək fikri keçir.
49 - Mən çox vaxt nəticələrini düşünmədən kortəbii hərəkət edirəm.
50 - Reallıqda heç kim olmayanda bəzən içəridən, bəzən də çöldən bir səs eşitdim.
51 - Qanunla bağlı problemim olub.